Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Oktyabr, çərşənbə, Bakı vaxtı 15:32

Çarın yeganə oğlu və qızının qalıqları tapılıb


Rusiya Prokurorluğu çarın yeganə oğlu və bir qızının qalıqlarının tapıldığını təsdiqləyib.


Qalıqlar keçən il Yekaterinburq yaxınlığında tapılmışdı. Aparılan araşdırmalar - DNT nümunələri, dişlərin analizi qalıqların şahzadə Aleksey və Mariyaya məxsus olduğunu göstərib.


Çar II Nikolayın özünün, xanımı və qızlarının qalıqları isə çoxdan tapılıb, 98-ci ildə Sankt-Peterburqda dəfn olunub.


Rusiyada bu günlər çar ailəsinin qətlinin 90 illiyi qeyd olunur.


Sonuncu rus çarı II Nikolay və ailəsini 1918-ci ildə bolşeviklər güllələyib.


XS
SM
MD
LG