ABŞ Dövlət katibi müavininin köməkçisi Stiven Mənin Bakıya səfəri iyulun 16-da başa çatır. O, iyulun 15-də Sənaye və Energetika naziri Natiq Əliyevlə görüşüb. Natiq Əliyev deyib ki, Azərbaycan neftin kəskin bahalaşması nəticəsində yaranan problemlərin qarşısını almağa səy göstərəcək.
Stiven Mən isə bildirib ki, Vaşinqton Orta Asiya ehtiyatlarının Avropaya Azərbaycan vasitəsi ilə nəqli barədə danışıqları intensivləşdirməyə çalışır.
Stiven Mən Azərbaycanla Türkmənistanın münasibətlərinin yaxşılaşmasından razılığını bildirib. Amerika çalışır ki, Türkmənistan Nabucco kəməri layihəsinin həyata keçirilməsində fəal iştirak etsin.