- Hətta sənədləri düz olan sürücülərin maşınlarını da cərimə meydançasına aparırlar.
Onlar marşrutların cərimə meydançasına aparılmasında qaranlıq məqamların olduğunu deyiblər.
Bakı Şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə deyir ki, qurum paytaxtda irimiqyaslı tədbirlərə başlayıb. Məqsəd nizam-intizam və yol mədəniyyətini artırmaqdır:
«Təhlükəsizlik kəməri taxılmadıqda, avtonəqliyyat vasitələrinin görkəmi təmiz olmadıqda, texniki baxışdan keçmədikdə, ötmə, manevr düzgün aparılmadıqda sürücülər mütləq qaydada qanun çərçivəsində cəzalandırılacaq. Heç bir qayda pozuntusu DYP-nin diqqətindən yayına bilməz».
Vaqif Əsədov deyir ki, reyd müddətsizdir. Onun sözlərinə görə, yol hərəkəti qaydalarını pozan heç bir sürücüyə güzəşt edilməyəcək. Birgünlük reyd çərçivəsində nə qədər sürücünün cərimələndiyi hələlik dəqiqləşdirilməyib.
Bakı Şəhər Yol Polisi İdarəsi bildirir ki, yük və sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində qanun pozuntusu aşkarlansa, yalnız sürücü deyil, nəqliyyat vasitəsinin aid olduğu şirkət də cəzalandırılacaq.