Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:30

«Hökumətin illik inflyasiya proqnozu alt-üst oldu»


«Hətta iyunda ərzaq məhsullarının ucuzlaşması da inflyasiyanı azaltmayıb»
«Hətta iyunda ərzaq məhsullarının ucuzlaşması da inflyasiyanı azaltmayıb»

«Bizim yol» qəzetində «Hökumətin illik inflyasiya proqnozu alt-üst oldu» başlıqlı məqalədə deyilir ki, ilkin hesablamalara görə, bu ilin birinci yarısında Azərbaycanda illik inflyasiya 20 faizə çatıb: «Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bildirib ki, inflyasiyaya daha çox xidmətlərin bahalaşması təsir edib. Birinci yarımillikdə sanatoriya göndərişlərinin qiyməti, avtomobil və evlərin təmir haqları kəskin artıb».


Qəzet yazır ki, hətta iyunda ərzaq məhsullarının ucuzlaşması da inflyasiyanı azaltmayıb: «Bahalaşma bu temlə davam edərsə, DSK illik inflyasiyanın Beynəlxalq Valyuta Fondunun proqnozuna – 22 faizə çatacağını istisna etmir. Milli Bank isə cari ildə inflyasiya göstəricisinin 13-14 faiz olacağını proqnozlaşdırmışdı. Birinci yarımilin yekunları mərkəzi bankın nikbin proqnozlarının üstündən xətt çəkib».


«Bizim Yol» yazır ki, inflyasiyanın əsas qida mənbəyi dövlət xərclərinin kəskin artımı və dünya bazarlarında enerji resurslarının bahalaşmasıdır.


«Yeni Müsavat» yazır ki, Xutorun ləğvinə hazırlıq gedir: «Bakıda bəzi hündürmərtəbəli binaların sökülməsinə qərar verilib. Onların arasında Azadlıq prospekti-159 ünvanında yerləşən çoxmərtəbəli ev də var».


Bakı Şəhər İcra Hakimiyyətinin adının çəkilməsini istəməyən məsul işçisi qəzetə binanın sökülməsinin ərazidə yeraltı tunelin çəkilməsilə bağlı olduğunu deyib. O, söküləcək binalar üçün başqa ərazidə müvafiq yer ayrıldığını da bildirib. Onun sözlərinə görə, yaxın aylarda Karl Marks heykəlinin yaxınlığında yerləşən «Xutor»ların da söküntüsünə başlanacaq: «Həmin ərazidə salınacaq müasir yaşayış qəsəbəsinin layihəsi artıq hazırdı».


«Yeni Azərbaycan» qəzetindəki «Seçkidə iştirak etməyənlərin seçki ilə bağlı fikirləri əhəmiyyətli deyil» başlıqlı məqalədə deyilir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezident seçkisinin canlı yayımlanmasının mümkünlüyünü bildirib. Pənahov deyib ki, beynəlxalq standartlara və qəbul olunan qaydalara görə, seçkilərdə bütün partiyalar iştirak etməlidir: «Siyasi partiyalar ona görə yaranır ki, seçkidə iştirak etsinlər. Seçkidə iştirak edən tərəf bu tədbirin ədalətli, demokratik, şəffaf vu bunun əksinə keçirildiyini iddia edə bilər. Seçkidə iştirak etməyən partiyanın isə bu barədə fikir söyləməsi əhəmiyyətsizdir».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG