Keçid linkləri

2017, 27 May, şənbə, Bakı vaxtı 21:34

Jurnalistləri Müdafiə Komitəsi Aqil Xəlilin məhkəməsini «tamaşa» adlandırdı


Aqil Xəlili bıçaqlamaqda günahlandırılan Sergey Strekalinə il yarım həbs cəzası verilib

Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Aqil Xəlilin işiylə bağlı məhkəməni «tamaşa» adlandırıb.


İyulun 15-də «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlili bıçaqlamaqda günahlandırılan Sergey Strekalinə il yarım həbs cəzası verilib. Halbuki jurnalist onu bıçaqlayanın Strekalin olmadığını deyir.


JMK bildirib ki, məhkəmə cinayətin əsil motivini gizlətmək üçün keçirilib.


Beynəlxalq təşkilatlar və Aqil Xəlil özü də ona yazılarına görə hücum olduğunu deyir.


Mərkəzi Nyu-Yorkda yerləşən Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini əsil cinayətkarları cəzalandırmağa çağırır.


Günün bütün mövzuları

XS
SM
MD
LG