Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:09

Gürcüstan hərbçilərinin sayını artırmaq istəyir


Deputatlar təklifi yekdilliklə qəbul ediblər
Deputatlar təklifi yekdilliklə qəbul ediblər

Gürcüstan hərbçilərinin sayını 32 mindən 37 minə artırmaq istəyir. Qanunvericiliyə adıçəkilən düzəlişin edilməsini parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsi təklif edib.


Deputatlar təklifi yekdilliklə qəbul ediblər. Onlar Gürcüstanla Rusiya arasında separatçı regionlarla bağlı gərginliyin artdığı bir vaxta layihənin milli təhlükəsizliyin müdafiəsi üçün vacib olduğunu deyiblər.


Bu arada isə NATO-nun Baş katibi Yaap De Hoop Sxeffer Rusiyanı Gürcüctanın suverenliyinə hörmət etməyə çağırıb. O deyib ki, Rusiya Gürcüstandakı münaqişəli ərazilərdə öz vasitəçiliyini şübhə altına qoyur.


Sxefferin bu bəyanatı Rusiya qırıcılarının Cənubi Osetiya üzərindəki uçuşları ilə əlaqəlidir. Rəsmi Moskva deyir ki, bu Tbilisi və Sxinvali arasında qarşıdurmanın qarşısını almaq üçün edilib. Gürcüstan Rusiyanın bu addımını təcavüz kimi qiymətləndirir.


XS
SM
MD
LG