Keçid linkləri

2025, 19 May, Bazar ertəsi, Bakı vaxtı 21:55

Son 6 ayda jurnalistlərə qarşı 22 hədə və basqın olub


Jurnalistlər daha çox polis zorakılığına məruz qalırlar
Jurnalistlər daha çox polis zorakılığına məruz qalırlar

Son 6 ayda təxminən hər həftə bir jurnalist ya hədələnib, ya döyülüb, ya da basqıya məruz qalıb. Media Hüquqları İnstitutunun proqram koordinatoru Xalid Ağəliyev jurnalistikanın hüquqi problemlərinə dair yarım illik araşdırmanın yekunları haqda danışarkən belə deyib. O bildirib ki, son illərin tendensiyası göstərir ki, jurnalistlərə qarşı hədə-qorxu, məhkəmə çəkişmələri artıb. Altı ay ərzində 22 belə fakt olub.


Xalid Ağəliyev əlavə edib ki, 2003-cü ildən bu günə qədər əsasən tənqidçi jurnalistlərə qarşı 150-dən artıq belə fakt olub. Bunların içində yalnız iki fakt cəzalandırılıb. Qalan hallarda isə heç bir nəticəli araşdırma aparılmayıb.


XS
SM
MD
LG