Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:54

«Bakı Kərbalaya çevrilir»


Bəzi ekspertlərə görə, su böhranını bu təsərrüfatla məşğul olanlar qəsdən yaradır
Bəzi ekspertlərə görə, su böhranını bu təsərrüfatla məşğul olanlar qəsdən yaradır

«Azadlıq» qəzetindəki «Bakı Kərbalaya çevrilir» başlıqlı məqalədə deyilir ki, sosial problemlər içində boğulan sadə azərbaycanlının dərdinin üstünə biri də əlavə olunub - su problemi: «Artıq havalar istiləşəndən, Bakının bəzi rayonlarının və ölkənin ikinci böyük şəhəri sayılan Sumqayıt sakinləri susuzluqdan əziyyət çəkir. Əhaliyə günlərlə su verilmir, veriləndə də krandan gələn su əvəzinə palçıq olur. Biçarə sakinlərin döymədiyi qapı qalmayıb».


«Azadlıq» sual edir: su probleminin kökündə nə durur?


Rəsmilər bu problemi «Ceyranbatan» su anbarının dibində uçqunlar olduğu ilə izah edirlər. Sakinlər isə problem yaxın müddətdə həll olunsa belə, bu cür halların yenidən təkrarlanmayacağına inanmırlar.


Bəzi ekspertlərə görə də, su böhranını bu təsərrüfatla məşğul olanlar qəsdən yaradır. Məqsəd dövlət investisiya proqramından əlavə vəsait ayrılmasına nail olmaqdır: «Bütövlükdə isə əhalinin su təchizatı ilə bağlı problem son illər daha da qloballaşıb. Bunun da səbəbi odur ki, su təsərrüfatında korrupsiyanın səviyyəsi xeyli artıb».


«Yeni Müsavat» qəzetindəki «Deputatı şantaj edənlər azadlığa buraxıldılar» başlıqlı məqalədə deyilir ki, biabırçı cinayət dosyesi qapandı. Qəzet yazır ki, məhkəmə parlamentin YAP-çı üzvü Əhəd Əhmədovun qohumlarına yüngül cəza verdi. YAP-çı deputat Əhəd Əhmədovu şantaj etməyə görə məhkəmə qarşısına çıxarılan şəxslər azadlığa buraxılıblar. Hakim Rauf Əliyevin çıxardığı hökmlə «Yeni Cumhuriyyət» qəzetinin baş redaktoru Nüsrət Rəhimov 3 il 6 ay müddətinə şərti cəza ilə cazalandırılıb. Deputatın bacanağı Rza Pənahov, «Mühakimə» qəzetinin təsisçisi Şəmsi Mirzəyev şərti maliyyə vahidinin 500 misli dəyərində cərimə olunaraq azadlığa buraxılıblar. Digər təqsirləndirilənlər – Zahid Muradovla Zabil Pənahov isə 5 ay müddətinə şərti azadlıqdan məhrum ediliblər.


«525-ci qəzet» yazır ki, Şüvəlan, Mərdəkan, Şıx və Sahil çimərliklərindən istifadə qadağan edilib. Bu barədə qərar Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılan araşdırmalar və laboratoriya tədqiqatları nəticəsində verilib. Buna səbəb qeyd edilən çimərlik sularının intensiv çirklənmə mənbələrinin aradan qaldırılmamasıdır. Digər səbəb isə çimərlik sularının bakterioloji çirklənmə göstəricilərinin icazə verilən normalardan yüksək olmasıdır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG