Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:24

H.Hacızadə:«Biz Firon dövrünə qayıdırıq»


«Azərbaycan o vaxtdan görüntü yaratmaq yolunu tutub, indi də bu yolla gedir»
«Azərbaycan o vaxtdan görüntü yaratmaq yolunu tutub, indi də bu yolla gedir»

- Bu gün Azərbaycanda hansı əlamətdar gün kimi qeyd edilir?


- Bilmirəm, xəbərim yoxdur.


- Mərhum Heydər Əliyev Azərbaycanda birinci dəfə hakimiyyətə gəlib, Kommunist Partiyasının 1-ci katibi seçilib.
- Həmin günlə bağlı konsertlər verilir, biz şənlik edirik.
- Gəlib-gəlib də. Nə olsun? Bunun ki, bizə heç bir xeyri olmayıb.


Azərbaycanda 14 iyul artıq bayram kimi qeyd edilməyə başlayıb. Hərçənd həmin gün hələ ki, təqvimdəki iş günləri siyahısından çıxarılmayıb. Ancaq Bakıda və ölkənin iri şəhərlərində bayram konsertləri, atəşfəşanlıq bir-birini əvəz edir. Söhbət 39 il öncə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilməsinin təmtəraqla qeyd edilməsindən gedir.


1993-cü ilin iyunun 15-də Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi isə artıq 10 ilə yaxındır ki, Azərbaycanda rəsmən Qurtuluş Günü kimi qeyd edilir.


Müsavat Partiyası Divanının üzvü Hikmət Hacızadə deyir ki, belə hadisələrin bayram kimi qeyd edilməsi sivil və demokratik ölkələrə xas xüsusiyyət deyil. Onun sözlərinə görə, əgər ötən əsrin 70-ci illərində Azərbaycanda sosializmin görüntüsü yaradılırdısa, indi də azad və firəvan xalqın görüntüsü yaradılır:
- Bilirsiniz, absurddur. Azərbaycan o vaxtdan görüntü yaratmaq yolunu tutub, indi də bu yolla gedir. Dünya isə görüntü yaratmaqdan, yalandan, diktaturadan qaçmağa çalışır. Biz isə Firon dövrünə qayıdırıq.


Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Musa Quliyev isə deyir ki, Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan böyük inkişaf yoluna qədəm qoyub:


- Özü də buna sovet ənənəsinin davamı kimi baxmaq lazım deyil. Müstəqilliyini qazanmış xalq ümummilli liderin hakimiyyətə gəlməsi ilə mili-mənəvi dirçəliş yoluna qədəm qoymasını yada salır.


«Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğlu isə deyir ki, o vaxtlar birinci katiblər Moskvadan təyin olunduğu üçün belə hadisələrə əlahiddə bir hal kimi baxmaq tarixi saxtalaşdırmaq olardı. Rəşidoğlu bildirir ki, əgər sovetlər dönəmində Azərbaycanda müəyyən inkişaf olubsa, buna ümumittifaq miqyasında baxmaq daha düzgün olardı. Hər halda o hesab edir ki, həmin dövrkü inkişafdan müstəqil Azərbaycana daha çox indi heç nəyə yaramayan keçici bayraqlar qalıb.


İndi bayram əhval-ruhiyyəsində olan və olmayan sadə insanlar isə 14 iyulu belə dəyərləndirirlər:


- Mənim fikrimcə, daha təmtəraqlı qeyd edilməlidir.


- Onun əməyi böyükdür.
- Gəldi yıxdı Azərbaycanı. Nə bayram? Gələn kimi rüşvətxorluq baş alıb getdi.


- Sovet dövrü ölkə necə dağıdılırdısa, indi də həmin proses gedir.


- Əliyevin Azərbaycana xeyri də olub, ziyanı da…


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG