Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Barak Obama Rusiyanın «Böyük səkkizlik»dən çıxarılmasının əleyhinədir.
Onun rəqibi, respublikaçılardan prezidentliyə namizəd Makkeyn də eyni mövqe ifadə etmişdi.
CNN-ə müsahibəsində Obama deyib ki, Rusiyanın «Böyük səkkizlik»dən çıxarılması səhv addım olardı. Belə ki, Moskvanın əməkdaşlığı olmadan nüvə silahının yayılmasının qarşısını almaq mümkün deyil.
Bu həftə tanınmış hüquq müdafiəçiləri Yelena Bonner və Vladimir Bukovski Obama və Makkeynə müraciət edərək Rusiyanın qurumdan çıxarılmasını istəyiblər. Onlar buna səbəb kimi Rusiyada insan haqlarının pozulmasını və siyasi müxalifətin təqib olunmasını göstəriblər.