Keçid linkləri

2026, 15 Oktyabr, cümə axşamı, Bakı vaxtı 23:49

«Neftçi» İntertoto kubokunun üçüncü mərhələsində

Üçüncü mərhələdə «Neftçi» Rumıniya klubu ilə mübarizə aparacaq
Üçüncü mərhələdə «Neftçi» Rumıniya klubu ilə mübarizə aparacaq

Bakının «Neftçi» klubu UEFA İntertoto kubokunun üçüncü mərhələsinə adlayıb. İyulun 12-i axşam Tofiq Bəhramov adına Respublika stadionunda Belçikanın «Jerminal» klubu ilə qarşılaşan «Neftçi» qələbə qazanaraq İntertoto kubokunun üçüncü təsnifat mərhələsinə çıxıb. Qarşılaşmada yeganə topu ikinci hissənin əvvəlində Elnur Allahverdiyev vurub: 1-0.


Belçikada keçirilən ilk oyun 1-1 hesabı ilə başa çatmışdı.


UEFA İntertoto kubokunun üçüncü mərhələsində «Neftçi» Rumıniyanın «Vasluy» klubu ilə mübarizə aparacaq. Qalib komanda UEFA kuboku uğrunda mübarizəyə qoşulacaq.


​
XS
SM
MD
LG