Norveçin ədliyyə naziri Knüt Storberqetə Oslo şəhərinin mərkəzində hüçüm olub. Norveç mətbuatının yaydığı bu xəbərdə bildirilir ki, öz müşaviri ilə nahar fasiləsindən qayıdan nazirə bir nəfər hücüm çəkib əvvəl zərbə ilə onu yerə sərib, sonra da başlayıb təpikləməyə. Müşaviri işə qarışandan sonra hüçüm edən şəxs hadisə yerindən qaçsa da sonradan yaxalanıb. Çinayətkarı müəyyənləşdirmək polis əməkdaşlarına cətinlik törətməyib. Eyni şəxs bu ilin fevral ayında parlamentin üzvü, Tərəqqi partiyasının sədr müavini Per Sandberqə də günün-günorta çağında hücüm etmışdi.
Marqlıdır ki, Norvecdə daxili işlər nazirliyi yoxdur, polis qurumları Ədliyyə nazirliyinin tabeçiliyindədir. Hadisə isə polis idarəsinin bir neçə metrliyində baş verib. Ona görə də ədliyyə naziri ikiqat çətin vəziyyətə düşüb. Belə ki, fevral ayında məsələni araşdırandan sonra nazir elan etmişdi ki, cinayətin heç bir siyasi motivi olmayıb və parlament üzvünə qarşı güc işlədilməsi sırf təsadüfdür. Lakin bu dəfə Storberqeyə hüçüm etməzdən əvvəl onu adı ilə çağırması göstərir ki, çinayətkar kimə hücüm etdiyini yaxşı bilirdi.
“Dagbladet” qəzeti yazır ki, hüçümedən şəxs Norveçdə sığınacaq alan bir İran mühaciridir, psixi cəhətdən sağlam deyil və xüsüsi müalicə keçir. Hadisəni şərh etməkdən imtina edən ədliyyə naziri, ona hücüm edən şəxsə şəfa diləyib.