Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:48

İyunun 1-dən iyulun 10-dək ölkədə 95 zəhərlənmə hadisəsi baş verib


Bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev deyib.


İyulun 12-də həmin mərkəz kütləvi zəhərlənmə hallarını araşdırmaq üçün təcili iclas keçirib.


Qərara alınıb ki, araşdırmalar aparılsın və zəhərlənmə hallarının baş verməsinin əsas səbəbi tapılsın.


İmran Abdullayev bildirib ki, iyun ayında qida zəhərlənməsi ilə bağlı 89 hadisə baş verib və 112 nəfər zəhərlənib. İyul ayının ilk 10 günlüyündə isə 6 belə hadisə qeydə alınıb. / ANS Press /


İyulun 9-da Ağdam rayonunun Xındırıstan kəndində kütləvi zəhərlənmə faktı qeydə alınıb. Hadisə toy mərasimində baş verib. Toyda zəhərləndiyi ehtimal edilən vətəndaşların sayı 60 nəfərə çatıb.


Bakıda isə toyuq ətindən hazırlanan dönərdən 15 nəfər zəhərlənib.


XS
SM
MD
LG