Keçid linkləri

Təcili xəbərlər
2023, 10 Dekabr, bazar, Bakı vaxtı 16:55

85 nəfər evindən köçürülərək, çadırlarda yerləşdirilib


Sürüşmənin sürəti saatda 15 santimetr olub
Sürüşmənin sürəti saatda 15 santimetr olub
Qusarın Qənərçay kəndində 85 nəfər sürüşmə nəticəsində evindən köçürülərək, çadırlarda yerləşdirilib. Güclü yağışdan sonra kənddə torpaq sürüşməsi olub. Hazırda sürüşmə sürəti nisbətən zəifləyib.


Bunu «Azadlıq» radiosuna Qusar icra başçısının müavini Elman Mustafayev deyib:


«Dörd ev tamamilə dağılıb, 12 ev deformasiyaya uğrayıb, qəzalı vəziyyətdədir. Bundan əlavə, 6 evin divarlarında müəyyən çatlar əmələ gəlib».


Elman Mustafayev deyir ki, sürüşmə nəticəsində xəsarət alan olmayıb, amma mal-heyvan tələfatı var.


Fövqəladə Hallar Nazirliyi bölgəyə komissiya göndərib. Komissiyanın məlumatına görə, sürüşmənin sürəti saatda 15 santimetr olub.



XS
SM
MD
LG