Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:57

«Əmanətlərin qaytarılmasında yeni problemlər yaranıb»


«Həmin illərdə «meşok»larla sənəd itirilib»
«Həmin illərdə «meşok»larla sənəd itirilib»

«525-ci qəzet» yazır ki, əmanətlərin qaytarılmasında yeni problemlər yaranıb. Bu barədə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev məlumat verib. Onun sözlərinə görə, əmanətlərin qaytarılmasında iki ciddi problem var. Birinci problem ondan ibarətdir ki, əhalinin banklarda batan əmanətlərinin həcmi həddindən artıq çoxdur. Buna görə də həmin əmanətləri birdəfəyə qaytarmaq çox çətindir. Ona görə də bu iş mərhələlərlə aparılmalıdır. İkinci ciddi problem isə batmış əmanətlərlə bağlı sənədləşmənin normal olmamasıdır. Aparat rəhbəri deyir ki, SSRİ-nin dağılması ərəfəsində və müstəqilliyinin ilk illərində ölkədə ciddi hərc-mərclik yaranıb. Nəticədə bank sənədlərinin saxlanılması qaydaları kütləvi şəkildə pozulub, uçotu lazımi qaydada aparılmayıb: «Həmin illərdə «meşok»larla sənəd itirilib». S.Mirzəyev deyib ki, bəzi yerlərdə əmanətlərlə bağlı saxta sənədlər hazırlanıb.


Milli Məclis Aparatının rəhbəri onu da bildirib ki, əmanətlərin qaytarılması prosesindəki problemlərin öyrənilməsi üçün parlamentin xüsusi işçi qrupu yaradılıb. İşçi qrupu çox fəal iş aparır və bu sahədəki bütün problemləri öyrənir.


«Yeni Müsavat» qəzetindəki «Fazil Qəzənfəroğlunun partiyası çadıra köçəcək» başlıqlı məqalədə deyilir ki, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi deputatı aldadıb. F.Qəzənfəroğlu deyib ki, rəhbərlik etdiyi Böyük Quruluş Partiyasının (BQP) qərargahla təmin olunması üçün dəfələrlə komitəyə rəsmi müraciət edib. Sonuncu dəfə qurumun rəhbərliyi deputata söz verib ki, iyunun sonunda BQP qərargahla təmin olunacaq. Lakin bu günə qədər vədə əməl olunmayıb. Millət vəkili isə bildirir ki, elə vəziyyət yaranıb ki, artıq partiya olaraq fəaliyyət göstərmək imkanları yoxdur:


«Bir dövlət orqanı millət vəkilini aldada bilirsə, görün sıravi vətəndaşların vəziyyəti nə gündədir. Belə çıxır ki, bizim yeganə əlacımız parkların birində çadır qurub siyasi fəaliyyət göstərməyə qalıb. Çünki başqa imkanımız yoxdur».


«Yeni Azərbaycan» qəzetindəki «Müxalifətdaxili savaşın miqyası böyüyür» başlıqlı məqalədə deyilir ki, uzun müddətdir ki, Müsavat Partiyası ilə «Azadlıq» bloku arasında gedən «əsl müxalifət mənəm» savaşı yeni mərhələyə qədəm qoyub. Belə ki, artıq savaşın miqyası genişlənməkdədir. Əvvəlcə müavinlər, sonra isə təşkilat sədrləri səviyyəsində inkişaf etdirilən söz duelinə bu dəfə qoşulan Ümid Partiyası olub. Partiya sədri, millət vəkili İqbal Ağazadə blokdan apardığı isterikaya son qoymağı tələb edib. Onun sözlərinə görə, AXCP və ALP seçki ilə bağlı fərqli mövqeyi olan qüvvələri «vətən xaini» adlandırıb: «Həmin insanları Azərbaycanın düşmənlərinin xeyrinə işləməkdə suçlayırlar. Bircə o qalır ki, mövqeyi onlarla üst-üstə düşməyən siyasətçinin Ermənistana işlədiyini desinlər. Bu cür yanaşmalarla demokratik cəmiyyət quruculuğu iddiasında olmaq yanlışdır».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG