Keçid linkləri

2026, 11 İyul, şənbə, Bakı vaxtı 04:12

«İnter» Türkiyədən qalmaqalla ayrıldı

Fubol üzrə Azərbaycan çempionu «İnter» Türkiyədə yoldaşlıq oyununda qalmaqalla üzəlişb.


Türkiyənin «Hürriyyət» qəzetinin məlumatına görə, «İnter»in «Kocaelispor»la matçında dava düşüb.


Qalmaqal görüşün 85-ci dəqiqəsində, «İnter» hesabda 1:0 irəli olarkən baş verib. «Kocaelispor»un oyunçusu Taner «İnter»in müdafiəçisi Əliyar İsmayılovun üstünə hücum edib.


Daha sonra mübahisəyə hər iki klubun futbolçuları və texniki heyəti qoşulublar. Nəticədə qalmaqal böyüyüb. Beş dəqiqəyə yaxın sürən davanın sonunda hakim matçı yarımçıq saxlayıb.


XS
SM
MD
LG