Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Aprel, bazar, Bakı vaxtı 15:17

Televiziya yayımının genişləndirilməsinə 2.5 milyon manat ayrılıb


Prezident İlham Əliyev Azərbaycanda televiziya yayımının genişləndirilməsi və efir məkanında informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.


Sənəddə deyilir ki, ölkədə efir televiziya yayımının əhatə dairəsinin genişləndirilməsi və efir məkanının informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi üçün Prezidentin Ehtiyat Fondundan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə 2.5 milyon (iki milyon beş yüz min) manat məbləğində vəsait ayrılır.


Sərəncam imzalandığı gündən qüvvəyə minir.
XS
SM
MD
LG