Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

ATƏT-in qoşunların təmas xəttində keçirmək istədiyi monitorinq baş tutmayıb


ATƏT-in iyulun 10-da qoşunların təmas xəttində keçirmək istədiyi monitorinq baş tutmayıb. Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Eldar Sabiroğlu «Azadlıq» radiosuna bildirib ki, buna səbəb tərəflər arasında ümumi razılaşmanın əldə edilməməsidir:


«Onlar monitorinqi Tovuz rayonunun Ağdam kəndində keçirməyi planlaşdırırdılar. Təklif olundu ki, bu dəfə də monitorinq təmas xəttinin həmin rayonun Əlibəyli kəndinə düşən hissəsində keçirilsin. Ümumi razılıq əldə edilə bilmədiyindən monitorinq keçirilmədi».


İyun ayının 3-də Qazax rayonunun Məzəm kəndi ərazisində keçirilməli olan monitorinq də baş tutmamışdı. Həmin vaxt Müdafiə Nazirliyindən «Azadlıq» radiosuna bildirmişdilər ki, cəbhə xəttində baş verənlər barədə ATƏT nümayəndələrinə Qazaxda məlumat verilib. Onlar da həmin bu məlumatla kifayətlənərək Məzəm kəndinə getməkdən imtina ediblər.


1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs sazişi imzalanıb. Bununla belə, tez-tez atəşkəs pozulur. Və buna görə tərəflər bir-birini ittiham edirlər.


XS
SM
MD
LG