Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:01

Rusiyanın informasiya mənbələrinə kim nəzarət edir?


Şirkət özünün telekommunikasiya xəttlərini İsveçdən köçürməyə məcburdur
Şirkət özünün telekommunikasiya xəttlərini İsveçdən köçürməyə məcburdur

«İsveç hökumətinin Rusiyadan xarici ölkələrə gedən rabitə səbəkələrinə nəzarət etmək haqda məxfi planları var». İsvecdə çap olunan «Svenska Dagbladet» qəzeti yazır ki, İsveçin coğrafi mövqeyi buna münbit sərait yaradır.


Belə ki, Rusiyanın xarici ölkələrlə əlaqəsinin təqribən 80 faizi İsvec ərazisindən keçən kabellər vasitəsilə həyata keçirilir.


Qəzetin yazdığına görə, bu yaxınlarda İsveçdə qəbul olunan FRA qanununun başlıca səbəbi də elə bu məqsədə qulluq edir. Bu qanunda deyilir ki, İsveçin təhlükəsizliyini gücləndirmək məqsədilə dövlət orqanlarına elektron poçtlara və telefon danışıqlarına gizlicə nəzarət etmək icazəsi verilir. Qanun qəbul olunarkən buna güclü etirazlar oldu. Etiraz edənlərin sırasında «TeliaSonara» telekommunikasiya sirkəti də var idi.


Avropanın yüksək sürətli xəttlərdən istifadə edən internet istifadəçilərinin 85 faizi bu sirkətin şəbəkəsinə qosuludur. Məhz buna görə Rusiyadan xarici ölkələrə və geri gedən informasiya axını İsveçin ərazisindən keçməli olur.


«TeliaSonara»nın verdiyi məlumata görə, sirkət özünün telekommunikasiya xəttlərini İsveçdən köçürməyə məcburdur. Artıq Finlandiya elektron poçt serverləri İsveçdən Finyandiya ərazisinə keçirilib.


İsveç rəsmiləri gizli planların olması haqda xəbərləri qəti səkildə təkzib etsələr də, müsahidəçilərin fikrincə, FRA qanununun qəbul olunmasında əsas məqsəd məhz Rusiyanın informasiya səbəkələrinə çıxış açmaqdır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG