«İndi şagirdlərin əllərindəki test kitabçalarıdır, dərsliklər yox. Hərçənd ki, əksinə olmalıdır».
«Pedaqogika» nəşriyyatının direktoru Əlövsət Osmanlı isə Təhsil naziri Misir Mərdanovun 28 dərsliyin müəllifi olmasına şübhəsini bildirib:
«Bir adam 28 dərsliyin müəllifi ola bilməz. Burda korporativ maraqlar güdülür».
Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı Ə.Osmanlının dediklərinə etiraz edib. O, deyib ki, orta məktəb dərsliklərində problemlər var və nazirlik müntəzəm şəkildə onların aradan qaldırılması ilə məşğuldur.