Keçid linkləri

2024, 19 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 12:04

«Ola bilsin ki, Məmməd Əmin Rəsulzadəyə başqa bir yerdə heykəl qoyulacaq»


Məmməd Əmin Rəsulzadənin Ankaradakı məzarı
Məmməd Əmin Rəsulzadənin Ankaradakı məzarı

«Ola bilsin ki, Məmməd Əmin Rəsulzadəyə başqa bir yerdə heykəl qoyulacaq. Ancaq şəhərin mərkəzini hekəllər müzeyinə çevirmək də düzgün olmazdı».


Bunu «Azadlıq» radiosuna Səbail Rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov deyib:


«Xalq Cümhuriyyətinin rəhbərləri adlarının əbədiləşdirilməsinə layiqdirlər. Amma şəhərdə adi vətəndaşlar üçün, heç bir siyasi motivləri olmayan istirahət güşələri çox azdır».


Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından olan Məmməd Əmin Rəsulzadəyə şəhərin mərkəzi küçələrindən birində adibəsinin qoyulması ilə bağlı 1990-cı illərdə rəsmi qərar verilib.


Hətta bunun üçün şərti yer də ayrılıb. Amma qərar hələ reallaşmayıb. Abidənin yerində qoyulan elan daşı da bir müddət əvvəl götürülüb. Bu, Rəsulzadəyə layiqincə qiymət verilməməsi hesab olunur.


Sahib Ələkbərov onu da deyib ki, istiqlal abidəsi üçün elan edilən tenderin vaxtı uzadılıb. Səbəb təqdim edilən heç bir layihənin bəyənilməməsidir.


XS
SM
MD
LG