Keçid linkləri

2025, 21 Aprel, Bazar ertəsi, Bakı vaxtı 01:34

Qeyri-adi idman yarışı


Ötən həftəsonu Berlin şəhərində qəribə yarış keçirilib. «Şahboks» adlanan bu idman növü üzrə yeni dünya çempionu titulunu 19 yaşlı rusiyalı Nikolay Sajin qazanıb. O, finalda ötənilki çempion, 37 yaşlı alman idmançısı Frank Şoldta qalib gələrək bu qeyri-adi yarışın qalibi olub.


Bəs nədir «şahboks»? Onun ideyası kimin güclü olmasını insanın həm zehni, həm də fiziki bacarığını birləşdirməklə müəyyən etməkdir. Tərəflər növbə ilə gah şahmat taxtasında, gah da boks rinqində güclərini sınayır. Şahmat raunduna 4 dəqiqə, boksa isə 3 dəqiqə vaxt ayrılır. Rəqibə «şah və mat» elan etməklə və ya boks rinqində onu nokauta salmaqla görüşü udmaq olar. Bunlardan heç biri baş vermirsə, mübarızə 11 raunda qədər davam edir.


Frank Şoldt turnirin favoriti sayılırdı, o vaxtilə kink-boksinq üzrə Berlin çempionu olub. Kosovoda BMT sülhməramlılarına əlbəyaxa döyüş fəndlərini tədris edib. Lakin boyu 1.83 sm olan Sajin həddən artıq güclü rəqib idi. Özü də yalnız fiziki göstəricilərinə görə deyil. O, Sibirin Krasnoyarsk səhərində 7 il şahmat klubunun üzvü olub. Şahmat taxtasında rəqibinə üstün gələ bilmədikdə bunu rinqdə həyata keçirməyin yollarını da bildiyini sübut edib.


XS
SM
MD
LG