Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

«Masallı» fəaliyyətini dayandırdı


Futbol üzrə ölkə çempionatının güclülər dəstəsində yarışan komandalardan «Masallı» fəaliyyətini dayandırıb. Klub rəhbərliyinin AFFA-ya ünvanladığı məktubda «Masallı»nın 2008/09 mövsümündə premyer-liqada iştirakının mümkünsüz olduğu bildirilir.


İmtinaya səbəb kimi klubun texniki bazasının premyer-liqanın tələblərinə cavab verməməsi, əvəzedici heyətin formalaşmaması və digər səbəblər göstərilib.


«Masallı»nı ölkə çempionatının yeni mövsümündə Salyanın NBC komandasının əvəz edəcəyi gözlənilir.


XS
SM
MD
LG