Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:44

Abxaziya Tbilisi ilə bütün əlaqələri kəsəcək


Tanınmamış Abxaziya respublikası Tbilisi ilə bütün əlaqələri kəsəcək. Sözügedən qurumun lideri Sergey Baqapş belə deyib. O, bunu Abxaziyadakı partlayışdan sonra bildirib. Baqapşın Qalidəki təmsilçisi Kişmaria Tbilisini ittiham edib:


«Bu diqqətlə planlaşdırılmış və həyata keçirilmiş təxribatdı. Şübhə etmirik ki, bunun arxasında Gürcüstanın xüsusi xidmət orqanları dayanır».


Gürcüstan hakimiyyəti isə Abxaziyanın ittihamlarını absurd və əsassız adlandırıb.


Qali şəhərində törədilən partlayışda dörd nəfər ölüb.


Abxaziya və Gürcüstan nümayəndələri mütəmadi olmasa da, münaqişənin həlliylə bağlı danışıqlar aparırlar.


XS
SM
MD
LG