Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:51

Prezident səfirlərə təlimat verib


İlham Əliyev diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsində iştirak edib
İlham Əliyev diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsində iştirak edib

«Xarici siyasət kursumuzda kəskin dönüş yoxdur». Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Xəzər İbrahim iyulun 7-də Bakıda başlayan səfirlərin müşavirəsini «Azadlıq» radiosuna belə şərh edib.


O, deyib ki, prezident səfirlərə təlimat verib: «Nəzərə almaq lazımdır ki, Azərbaycan prezidenti ölkənin xarici siyasətini müəyyənləşdirən şəxsdir. Dövlət başçısı təlimatlarını verdi və öz qiymətini təqdim etdi».


Xəzər İbrahim deyib ki, əvvəlki təlimatların əksəriyyəti icra olunub. İndi isə qarşıdakı iki ildə görüləcək işlər müəyyənləşib.


Bununla yanaşı, XİN rəsmisi vurğulayıb ki, xarici siyasətin əsas prioritetləri dəyişmir: «Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın ikitərəfli, çoxtərəfli münasibətlərinin inkişafı və bir sıra funksional, o cümlədən enerji, iqtisadi və mədəniyyət məsələləri…»


Müşavirədə qərara alınıb ki, xarici siyasət strategiyası üzərində hazırlıq işləri yekunlaşdırılsın. Bununla belə, Xəzər İbrahim deyir ki, oradakı istiqamətlər əsasən milli təhlükəsizlik konsepsiyası əsasında qurulacaq.


Nazirlik rəsmisi müşavirənin qapalı keçirilməsini beynəlxalq prosedura ilə əlaqələndirib:


«Dünyanın hər yerində belə müşavirələr qapalı olur. Çünki orada daxili məsələlər müzakirə edilir».


Səfirlərin müşavirəsi iyulun 11-dək davam edəcək. Bu müddətdə onlar münaqişə zonasına da baş çəkəcəklər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG