Şimaldan soyuq hava qüvvələrinin daxil olması nəticəsində iyulun 7-də axşam Azərbaycan ərazisində hava şəraitinin kəskin dəyişməsi gözlənilir. Ayın 8-də axşam isə bütün ölkədə leysan yağışı və tufan, dağ çaylarında isə daşqınlar gözlənilir.
Yağıntılar güclə küləklə müşayiət olunacaq. Havanın temperaturu bir neçə dərəcə aşağı düşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Proqnozlar Departamentinin direktor müavini Umayra Tağıyeva «Turan»a deyib ki, iyulun 8-də və 9-da günorta Bakıda havanın temperaturu +22-+25 dərəcə təşkil edəcək. İyulun 8-də axşam və 9-na keçən gecə paytaxtda yağış yağa bilər. İyulun 9-da günorta yağıntılar dayanacaq. İyulun 10-11-də havanın temperaturu yenidən artacaq.