Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:14

«Neftçi» səfərdən sərfəli nəticə ilə döndü


«Neftçi» UEFA İntertoto kubokunun ikinci raundunun birinci oyununda Belçikanın «Jerminal» klubu ilə heç-heçə edib. Hesabı 19-cu dəqiqədə Belçika komandasının oyunçusu Maliki-Sabah açıb. 11 dəqiqə sonra «Neftçi»nin hücumçusu Adamiya tarazlığı bərpa edib.


Cavab oyunu iyulun 12-də Bakıda keçiriləcək. Növbəti mərhələyə çıxmaq üçün «Neftçi»nin minimum hesabla qalib gəlməsi və ya 0:0 hesabı ilə heç-heçə oynaması yetərlidir.


Əgər «Neftçi» üçüncü raunda keçə bilsə, Rumıniya komandası ilə qarşılaşacaq. Turnirin qaydalarına əsasən, İntertoto kuboku uğrunda üçüncü raundun qalibi UEFA kuboku uğrunda mübarizədə iştirak etmək hüququ qazanır.


XS
SM
MD
LG