Heydər Əliyev Beynəlxalq Hava Limanına gedən yol (Sabunçu dairəsindən Suraxanı dairəsinədək) qeyri-müəyyən müddətə bağlanıb. Bu barədə «Azadlıq» radiosuna Nəqliyyat Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Namiq Həsənov məlumat verib.
O, bildirib ki, həmin yolda işlər sentyabr, oktyabr aylarına qədər davam edəcək. Bu vaxt ərzində Dövlət Yol Polisi İdarəsi sürücülərdən Bakıdan Mərdəkana, aeroporta və əksinə alternativ yollardan, xüsusilə Hovsan-aeroport yolundan istifadə etməyi xahiş edir.
Aeroport yolunda genişləndirmə işləri aparılır.