Keçid linkləri

Təcili xəbərlər
2021, 08 May, şənbə, Bakı vaxtı 13:32

Bakının mərkəzi küçələrini su basıb


Vaqif küçəsində magistral su borusu sıradan çıxıb. Gecə saat 4 radələrində suyun verilməsi dayandırılıb

İyulun 5-i gecə saatlarında Bakının mərkəzi küçələrini su basıb. Söhbət Bakıxanov küçəsi və ətrafdakı yollardan gedir. İnsident gecəyarısı baş verib.


«Trend»in müxbirinin hadisə yerindən verdiyi məlumata görə, Vaqif küçəsində magistral su borusu sıradan çıxıb. Gecə saat 4 radələrində suyun verilməsi dayandırılıb.


Ətraf binaların sakinləri gecə saatlarına baxmayaraq baş verənlərdən narahatçılıq keçirdikləri üçün küçəyə çıxıblar. Türkiyə səfirliyinin yerləşdiyi ərazidə nəqliyyatın hərəkəti dayandırılıb.


Qəzanın nəticələrini səhərə yaxın aradan qaldırmaq mümkün olub.


XS
SM
MD
LG