Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

MSK məhkəməyə verildi


Prezidentliyə namizəd Eldar Namazov
Prezidentliyə namizəd Eldar Namazov

«Azərbaycan naminə» İctimai Forumun rəhbəri, prezidentliyə namizəd Eldar Namazov Mərkəzi Seçki Komissiyasını (MSK) məhkəməyə verib.


Bu barədə «Azadlıq» radiosuna E. Namazovun özü məlumat verib. O deyir ki, Səbail rayon Məhkəməsində qaldırılan iddia seçki qanunvericiliyinin pozulması ilə əlaqədardır. Belə ki, qanunvericiliyə əsasən, MSK prezident seçkisinə iyunun 17-də start verməli idi. Çünki kampaniya müddətinin azaldılması barədə qanuna dəyişikliklər ondan bir həftə sonra qüvvəyə minib:


«Əsas tələbimiz ondan ibarətdir ki, MSK-nın bu qanunsuz hərəkətlərinə qiymət verilsin. Çünki qanunvericilik baxımından, faktiki olaraq «pat» vəziyyəti yaranıb. Seçki prosesinin legitimliyi artıq şübhə altındadır».


E.Namazov bildirib ki, tezlikdə Konstitusiya Məhkəməsinə də bu məzmunda iddia ilə müraciət edəcəklər.


MSK-nın mətbuat katibi Azər Sarıyev isə iddianı əsassız sayır. O deyir ki, kimlərsə bu məsələni siyasi şouya çevirmək istəyirlər.


Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Seçki qanunvericiliyinə dəyişikliklər isə iyunun 24-də qüvvəyə minib.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG