Keçid linkləri

2024, 07 Sentyabr, şənbə, Bakı vaxtı 15:08

«Qəbələ RLS-in gələcəyinə Azərbaycan və Rusiya qərar verməlidir»


«Perspektivdə Qəbələ RLS də Avropadakı anti-raket sistemləri üçün yararlı ola bilər»
«Perspektivdə Qəbələ RLS də Avropadakı anti-raket sistemləri üçün yararlı ola bilər»

İyulun sonunda Çexiya ilə ABŞ Avropada Raketdən Müdafiə Sistemlərinin quraşdırılması ilə bağlı saziş imzalayacaqlar.


Bunu Çexiya Respublikasının Xarici işlər naziri Karel Şvartsenberq iyulun 4-də Bakıda bəyan edib.


O, deyib ki, raketdən müdafiə sistemləri Avropa üçün çox vacibdir:


«Son dövrlər dünyada kütləvi qırğın silahları, xüsusilə nüvə silahı yayılır. Bu gün ola bilsin ki, o qədər böyük narahatlıq doğurmur. Amma gələcəkdə əminəm ki, dünya üçün çox böyük təhlükə törədəcək. Ona görə də biz bu sistemdə iştirak qərarına gəlmişik. Sistemin yaradılması üçün tələb olunan uzaq məsafəli müdafiə sistemləri yalnız ABŞ-dadır. Bu ayın sonunda sazişin imzalanmasından sonra ABŞ bu sistemə qoşulacaq».


Şvartsenberq deyib ki, perspektivdə Azərbaycandakı Qəbələ RLS də Avropadakı anti-raket sistemləri üçün yararlı ola bilər. Amma onun fikrincə, stansiya indiki halda Avropanın təhlükəsizlik sisteminin tələbatlına cavab verəcək səviyyədə deyil: «Amma bir gün o bərpa oluna və yenidən istifadə edilə bilər. Bununla belə, Çexiyada tikiləcək sistemin əvəzini verə bilməz».


Çexiya Respublikasının naziri deyib ki, Qəbələ RLS-in gələcəyinə Azərbaycan və Rusiya qərar verməlidirlər. Əgər qərar olsa, onda NATO və Avropa Birliyi ilə də müvafiq danışıqlar aparılmalıdır.


Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov isə deyir ki, Bakının Qəbələ RLS-lə bağlı mövqeyi dəyişməyib: «Hansısa mərhələdə lazım olsa Azərbaycanın qoşulması ilə bağlı müzakirəyə hazırıq».


XS
SM
MD
LG