Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:58

Kanalizasiya sisteminin quraşdırılması üçün 1 milyard manatdan çox vəsait tələb olunur


Azərbaycanın bütün regionlarında kanalizasiya sisteminin quraşdırılması üçün 1 milyard 300 milyon manat vəsait tələb olunur. «Azərsu» Səhimdar Cəmiyyətinin prezidenti Nizaməddin Rzayev belə deyir.


Onun sözlərinə görə, indi regionların yalnız 15, Bakının isə 85 faizində kanalizasiya sistemi var. N.Rzayev kanalizasiya sisteminin qurulması üçün beynəlxalq maliyyə qurumlarından kredit alınması planlaşdırılır.


Bununla yanaşı Azərbaycanın 61 şəhər və rayonunda beynəlxalq maliyyə qurumlarından alınan kreditlər hesabına su sayğacları quraşdirılacaq. «Azərsu»nun rəhbəri bildirib ki, Bakı şəhərində 500 minə yaxın abonent var. Onlardan 200 mini üçün su sayğacı quraşdırılıb. 2008-ci ilin sonuna qədər daha 150 min sayğac quraşdırılacaq. Bu iş gələn il başa çatdırılacaq.


Su pullarının yığımı isə hələlik 2007-ci ildə olduğu kimi 40 faizi ötmür. N.Rzayev bildirir ki, bu, «Azərsu»nun elektrik enerjisinə olan borclarını bütünlüklə ödəməsinə mane olur.


XS
SM
MD
LG