Keçid linkləri

2024, 25 May, şənbə, Bakı vaxtı 05:25

«Bakı polisində kütləvi təmizləmə»


«Son bir neçə ayda Məhərrəm Əliyevin adamı hesab edilən 40 nəfər idarədən uzaqlaşdırılıb»
«Son bir neçə ayda Məhərrəm Əliyevin adamı hesab edilən 40 nəfər idarədən uzaqlaşdırılıb»

Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) sabiq rəis Məhərrəm Əliyevə yaxınlığı ilə seçilən kadrların təmizlənməsi prosesi davam edir. «Azadlıq» yazır ki, yeni rəis Rafiq Abbasov heç nəyə baxmadan Məhərrəm Əliyevin kadrlarını idarədən uzaqlaşdırır».


BŞBPİ-də kütləvi təmizləmə o həddə çatıb ki, artıq çıxarılanların yerinə kadr tapılmır. «Əldə etdiyimiz məlumata görə, son bir neçə ay ərzində Məhərrəm Əliyevin adamı hesab edilən 40 nəfər idarədən uzaqlaşdırılıb. Onların əksəriyyətinin yerinə Ramil Usubova xüsusi yaxınlığı ilə seçilən kadrlar gətirilib. Amma BŞBPİ-nin cinayət axtarış şöbəsində 15 nəfərin yeri isə hələ də boşdur. Yeni rəis çıxarılanların yerinə təyin etməyə kadr tapa bilmir. Amma bununla belə təmizləmə əməliyyatını da davam etdirir».


«Bizim Yol» yazır ki, son bir neçə ildə hüquq-mühafizə orqanlarının 94 əməkdaşı işgəncə verdiyinə görə həbs edilib.


«2002-ci ildən başlayaraq hüquq-mühafizə orqanlarında işgəncə faktlarının artımı müşahidə olunur. Belə hallar əsasən polis orqanlarında baş verir. Bunu həmin strukturlarda keçirilən monitorinqlər, yaxud, sadəcə, yayılan xəbərlər göstərir. Belə hallara görə, artıq xeyli sayda hüquq-mühafizə orqanı zabiti cəzalandırılıb».


«AŞPA-nın yay sessiyası Azərbaycan üçün uğurlu oldu»-, bunu Parlament Assambleyasında Azərbaycan Nümayəndə Heyətinin üzvü Rafael Hüseynov «Yeni Azərbaycan»a müsahibəsində deyib.


«AŞPA-nın yay sessiyası həm gedişinə, həm də nəticələrinə görə çox düşündürücüdür. Mənə elə gəlir ki, bu sessiya Azərbaycanın təşkilat içərisində artan nüfuzunun bir daha əyani göstəricisinə çevrildi»-, deyə deputat bildirib.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG