Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:08

Əbiyevlə Ohanyan görüşüb?


Eldar Sabiroğlu «Azadlıq» radiosuna deyib ki, görüş haqqında onlarda məlumat yoxdur
Eldar Sabiroğlu «Azadlıq» radiosuna deyib ki, görüş haqqında onlarda məlumat yoxdur

Erməni mənbələrinin məlumatına görə, Ermənistan və Azərbaycan Müdafiə nazirləri Seyran Ohanyan və Səfər Əbiyev iyulun 2-də Bişkekdə görüşüblər.


Ermənistan Müdafiə nazirinin mətbuat katibi Seyran Şahsuvaryan bildirib ki, nazirlər atəşkəsin pozulması və Azərbaycan əsirliyində olan dörd Ermənistan vətəndaşının taleyini müzakirə ediblər.


Gələcəkdə bu məsələlərə qayıtmaq haqda razılıq əldə olunduğu söylənilir.


Əbiyev və Ohanyan MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün iyulun 1-dən Bişkekdədirlər.


Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Eldar Sabiroğlu «Azadlıq» radiosuna deyib ki, görüş haqqında onlarda məlumat yoxdur.


Daha əvvəl Müdafiə Nazirliyi Əbiyevin Bişkekdə erməni həmkarı ilə görüşünün nəzərdə tutulmadığını bildirmişdi.


XS
SM
MD
LG