Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:08

Türkiyənin Quru Qoşunları komandanı ölkəni sakitliyə çağırıb


Türkiyənin Quru Qoşunları komandanı general İlker Basburq
Türkiyənin Quru Qoşunları komandanı general İlker Basburq

Türkiyənin Quru Qoşunları komandanı general İlker Basburq ölkəni sakitliyə çağırıb. İyulun 1-də Türkiyədə çevrilişə cəhddə şübhəli bilinən 21 nəfəri həbs edilib.


Tutulanlar arasında təqaüddə olan generallar və müxtəlif qəzetlərdə çalışan jurnalistlər də var. Dünyəvi dövlətin mühafizəkar tərəfdarları hesab edilən bu şəxslər indiki hökuməti Türkiyədə islamçı dövlət qurmaqda günahlandırırlar. Onlar iqtidarda olan Ədalət və İnkişaf Partiyasını məhkəməyə veriblər, partiyanın bağlanmasını, baş nazir Rəcəb Taib Ərdoğan da daxil olmaqla bir neçə siyasətçinin fəaliyyətinə qadağa qoyulmasını istəyiblər. Məsələ ilə bağlı artıq məhkəmədə dinləmələr başlayıb.


İstanbulun Umraniyyə məhəlləsindəki bir evdə aparılan axtarış zamanı 27 əl qumbarasının tapılmasından sonra başlanan «Ergenekon» əməliyyatında iyulun 1-dək 49 nəfər həbs olunmuşdu. Onların arasında ən nüfuzlusu Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin sabiq müavini, istefada olan ordu generalı Vəli Küçük idi.


Polis «Tərcüman» qəzetinin redaksiyası, «Cümhuriyyət» qəzetinin Ankara Bürosu, Atatürkçü Düşüncə Dərnəyi, Ankara Ticarət Palatasında və həbs edilən şəxslərin hamısının evlərində axtarışlar aparılıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG