Keçid linkləri

Təcili xəbərlər
2023, 11 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:42

«Məni saxta ittihamlar əsasında həbs ediblər»


Əliyev qardaşları dövlət əmlakının mənimsəmə, rüşvətxorluqda təqsirli bilinirlər
Əliyev qardaşları dövlət əmlakının mənimsəmə, rüşvətxorluqda təqsirli bilinirlər

İyulun 1-də Apellyasiya Məhkəməsində sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı «Azpetrol» şirkətinin prezidenti Rafiq Əliyevin və digərlərinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.


Prosesdə Fərhad Əliyev çıxış edərək bildirib ki, o saxta ittihamlar əsasında həbs olunub. Fərhad və Rafiq Əliyevlər günahsız olduqlarını deyiblər. Rafiq Əliyev ona qarşı irəli sürülən ittihamlarda heç bir fakt olmadığını bildirib. Çıxışlardan sonra dövlət ittihamçısı məhkəmədən çıxış üçün vaxt istəyib. Proses iyun ayının 8-də prokurorun çıxışı ilə davam edəcək.


Əliyev qardaşları və prosesdə adı keçən digər şəxslər dövlət əmlakının mənimsəmə, rüşvətxorluq ittihamları ilə həbs olunublar.(ANS)


XS
SM
MD
LG