Keçid linkləri

2025, 15 May, Cümə axşamı, Bakı vaxtı 16:42

Ümumdünya Ərzaq Proqramı Azərbaycanda fəaliyyətini dayandırır


BMT məcburi köçkünlərə adambaşına 4 çeşiddə ərzaq yardımı edirdi
BMT məcburi köçkünlərə adambaşına 4 çeşiddə ərzaq yardımı edirdi

BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) iyunun 30-dan Azərbaycanda fəaliyyətini dayandırır. Təşkilat Azərbaycanda fəaliyyət göstərdiyi 15 il ərzində məcburi köçkünlərə 115 mln. dollar dəyərində müxtəlif çeşiddə 165 min ton ərzaq paylayıb.


Təşkilat Azərbaycanda yeni fəaliyyətə başladığı dövrlərdə - 1995-1996-cı illərdə ölkədə 450 min köçkünə yardım göstərirdisə, ötən il bu rəqəm 70 minə enib. ÜƏP Azərbaycanda fəaliyyətini dayandırdığından ölkə hökuməti həmin köçkünləri himayəsinə götürür.


ÜƏP adambaşına 4 çeşiddə ərzaq yardımı - 12 kq un, 1,2 kq bitki yağı, 900 qram şəkər tozu, 300 qram yodlaşdırılmış duz paylayıb. Təşkilat buna il ərzində orta hesabla 7 milyon dollar vəsait xərcləyir.


ÜƏP-in Azərbaycanda fəaliyyəti ölkə hökumətinin xahişi ilə üç dəfə uzadılıb.APA


XS
SM
MD
LG