Keçid linkləri

2024, 11 Sentyabr, çərşənbə, Bakı vaxtı 20:10

Azərbaycan-Gürcüstan sərhəddində körpü çöküb


Körpünün çökməsinin səbəbləri bəlli deyil
Körpünün çökməsinin səbəbləri bəlli deyil

Azərbaycan-Gürcüstan sərhəddindəki Qırmızı körpünün Azərbaycan tərəfdən giriş hissəsi çöküb. Bu barədə «Turan»a Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Fərman Nağdəliyev bildirib.


Onun sözlərinə görə, körpünün çökməsinin səbəbləri bəlli deyil:


«Ancaq çaylarda sel olmayıb. Ekspertlər çökmənin səbəblərini araşdırırlar».


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin növbətçi hissəsindən «Turan»a deyiblər ki, hazırda körpüdə avtomobillərin hərəkəti tam dayandırılıb.


Gürcüstanla avtomobil əlaqəsi Balakən rayonu ərazisi ilə saxlanılır.


XS
SM
MD
LG