Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:08

«Seçkilərə yardımların qanunvericiliyə uyğunluğu nəzərdən keçirilir»


Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim
Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim

«ABŞ-ın Azərbaycandakı seçkilərə yardımlarının Azərbaycan qanunvericiliyinə uyğunluğu nəzərdən keçirilir».


Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim iyunun 30-da ənənəvi mətbuat konfransında bildirib.


X.İbrahim deyib ki, məsələyə keçmiş təcrübədən yanaşılacaq:


«Əgər yardımlar bundan əvvəl olduğu kimi, Azərbaycan qanunvericiliyi çərçivəsində olacaqsa, burada biz heç bir problem görmürük».


Amerika bu il Azərbaycanda keçiriləcək prezident seçkisinə dəstək məqsədi ilə 3 milyon dollardan sox yardım edəcəyini açıqlayıb. Bu vəsait siyasi partiyaların və seçki sisteminin güclənməsinə sərf ediləcək.


Daha əvvəl Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev deyib ki, ABŞ-ın seçkilərə vəsait ayırması ölkənin daxili işlərinə müdaxilədir.


Amerika səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Conatan Henik isə bildirib ki, ABŞ proqramlarının əksəriyyətini Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində həyata keçirir: «Əgər biz Azərbaycanın öz məqsədlərini dəstəkləyiriksə, bu, necə müdaxilə sayıla bilər».


Xəzər İbrahim onu da deyib ki, ötən həftə Bakıda keçirilmiş Amerika-Azərbaycan demokratiya dialoqunda tərəflər öz mövqelərini ortaya qoyublar.


Bakı bildirib ki, demokratiya islahatlarını davam etdirəcək və seçkiləri ən yüksək səviyyədə keçirəcək.


Amerika-Azərbaycan demokratiya dialoqu payızda davam etdiriləcək.


XS
SM
MD
LG