Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:08

«Gələcəkdə Qazaxıstan parlamentində ən azı iki partiya təmsil olunacaq»


Qazaxıstanın paytaxtı Astanada ATƏT Parlament Assambleyasının iclası başlayıb. Prezident Nursultan Nazarbayev iclasda çıxışı zamanı deyib ki, ölkəsi demokratiyanı inkişaf etdirmək niyyətindədir.


Nazarbayev onu da bildirib ki, gələcəkdə Qazaxıstan parlamentində ən azı iki partiya təmsil olunacaq. Hazırda Qazaxıstanda parlament birpartiyalıdır.


ATƏT Parlament Assambleyasının sədri Qoran Lenmarker isə deyib ki, Qazaxıstanın öhdəlikləri 2010-cu ilədək yerinə yetirəcəyinə inanır.
2010-cu ildə Qazaxıstan ATƏT-ə sədrlik edəcək.


XS
SM
MD
LG