Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

«Alman maşını» «matadorlar»a qarşı


Vyanada keçiriləcək qarşılaşmanı italiyalı hakim Roberto Rozetti idarə edəcək
Vyanada keçiriləcək qarşılaşmanı italiyalı hakim Roberto Rozetti idarə edəcək

İyunun 29-u gecə futbolüzrə 13-cü Avropa Çempionatının qalibi müəyyənləşəcək. Finalda Almaniya və İspaniya milliləri qarşılaşacaqlar.


Almaniyanın heyətində lider Mixail Ballakın zədələnməsi şok yaradıb. O, altıncı gün məşq zamanı zədələnib. Ballakın yerinə Borovskinin meydana çıxacağı gözlənilir.


İspanların heyətində isə Rusiya ilə yarımfinal oyununda zədələnmiş David Vilya iştirak etməyəcək. Onu «Arsenal»da sabit oyunu ilə seçilən Sesk Fabreqasın əvəz edəcəyi bildirilir.


Almaniya yığması yarımfinal oyununda Türkiyəni (3-2), İspaniya isə Rusiyanı (3:0) məğlub edib.


Avstriyanın paytaxtı Vyanada keçiriləcək qarşılaşmanı italiyalı hakim Roberto Rozetti idarə edəcək.


Almaniya millisi bununla Avropa Çempionatının finalında altıncı dəfədir ki, çıxış edir. Bu oyunların üçündə (1972,1980 və 1996) almanlar qalib, ikisində (1976 və 1992) isə məğlub olub.


İspaniya millisi isə tarixində üçüncü dəfədir ki, finalda oynayır. Prineylilər 1964-cü ildə SSRİ-ni yenərək Avropa çempionu olsalar da, 1984-cü ildə bu uğuru təkrarlaya bilməyərək finalda Fransaya məğlub olublar.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG