Keçid linkləri

Təcili xəbərlər
2021, 25 İyun, Cümə, Bakı vaxtı 08:58

Kondaliza Rays Çini təriflədi


ABŞ-ın Dövlət katibi Kondaliza Rays Çinin zəlzələdən zərər çəkmiş Siçuan əyalətinə səfər edib. Ötən ay Siçuanda baş vermiş zəlzələ 70 minə yaxın insanın həyatına son qoymuşdu.


K.Rays deyib ki, Çin hökuməti yoxsulluğu aradan qaldırmaqda və bu istiqamətdə dünya ölkələri ilə əməkdaşlıqda böyük işlər görüb.


ABŞ Dövlət katibi səfər çərçivəsində Çin rəsmilərilə də görüşəcək. Əsas müzakirə mövzusunun Şimali Koreyanın nüvə proqramı ilə bağlı olacağı gözlənilir.


XS
SM
MD
LG