Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:08

III ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanı keçirilib


Bu ilki qəbul imtahanlarında 116 mindən çox abituriyentin iştirak edəcəyi gözlənilir
Bu ilki qəbul imtahanlarında 116 mindən çox abituriyentin iştirak edəcəyi gözlənilir

İyunun 29-da III ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanı keçirilib. Abituriyentlər Bakı, Sumqayıt və Naxçıvan şəhərlərində imtahan veriblər.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) məlumatına görə, bu il III ixtisas qrupu üzrə 9 min 52 plan yeri ayrılıb. Sənəd verənlərin sayı isə 40 mindən çoxdur.


İyunun 30-da abituriyentlərin imtahan nəticələri yoxlanılmağa başlanacaq. İyulun 3-də isə abituriyentlərin topladıqları ballar barədə məlumatlar TQDK-nın internet saytında yerləşdiriləcək.


I-ci qrup üzrə imtahan iyulun 8-də, II qrup üzrə iyulun 14-də, IV qrup üzrə isə iyulun 20-də keçiriləcək.


Bu ilki qəbul imtahanlarında 116 mindən çox abituriyentin iştirak edəcəyi gözlənilir.


XS
SM
MD
LG