2026, 23 Noyabr, bazar ertəsi, Bakı vaxtı 21:03

Xəzər enerji forumu Moskvada keçiriləcək

İyulun 16-da Moskvada Xəzər enerji forumu keçiriləcək. Tədbirə Xəzəryanı ölkələrin hökumət başçıları qatılacaq. Forumda Xəzərdə enerji təhlükəsizliyi, neft-qaz infrastrukturu, investisiya proseslərinin daha da sürətləndirilməsi, Xəzər dənizi regionunda beynəlxalq enerji sahəsində əməkdaşlıq, o cümlədən dənizin hüquqi statusu ilə bağlı müzakirələr aparılacaq.


Forum çərçivəsində hökumət rəsmilər ilə enerji şirkətlərinin başçılarının görüşləri nəzərdə tutulub.


XS
SM
MD
LG