Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Jurnalistləri Müdafiə Komitəsi hakimiyyətin hərəkətini pisləyir


Jurnalistləri Müdafiə Komitəsi Türkmənistan hakimiyyətinin «Azadlıq» radiosunun türkmən xidməti üçün çalışan Sazak Durdumuradovu həbs etməsini pisləyib. Komitənin iyunun 27-də yaydığı bəyanatda jurnalistin dərhal azad olunması tələb edilir.


«Azadlıq» radiosu bu həftənin əvvəlində bildirmişdi ki, Durdumuradov həbs edilib və radioyla əməkdaşlığına son qoyulma tələbini rədd etdiyinə görə işgəncələrə məruz qalıb. «Amnesty İnternational» bəyan edib ki, Türkmənistan hakimiyyəti müstəqil fikirləri boğmaq üçün müstəqil jurnalistləri hədəf seçir.


XS
SM
MD
LG