Belarusda jurnalistlər mediaya olan məhdudiyyətlərə etiraz edirlər. Ölkənin ondan çox xəbər internet saytları yeni media qanununa etiraz etmək üçün öz səhifələrinə qara bayraq yerləşdiriblər.
İyunun 25-də Belarus parlamenti İnternet jurnalistikasını məhdudlaşdıran qanunu təsdiq edib.
İnformasiya nazirinin müavini Lilya Ananiç deputatlar qarşısında çıxışında deyib ki, cəmiyyət İnternetin mənfi təsirindən qorunmalıdır.
Yeni qanun Belarus mediasına xaricdən yardım almağı qadağan edir.
Belarusun Helsinki Komitəsinin sədri Oleq Qulak deyib ki, Belarusun bu yeni qanunu Avropada media haqda qanunların ən sərtlərindən biridir.