Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 15:19

«Jurnalistlərin azadlığa çıxması üçün əlavə tədbirlər görəcəyik»


Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberq
Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberq

«Jurnalistlərin azadlığa çıxması üçün əlavə tədbirlər görəcəyik». Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberq media nümayəndələrinə belə deyib. O, bildirib ki, ofisi bu istiqamətdə iş aparır, amma indidən bu haqda danışmaq istəmir.


Hammarberq deyib ki, Azərbaycan hökuməti onun ofisinin də, AŞ-ın başqa qurumlarının da tövsiyələrinə tam əməl etmir. Bu da onları çox narahat edir:


«Avropanın demokratik institutlarını rədd edən hökumətlər böyük səhv edirlər. Onlar bunun nəticəsini görəcəklər».


Tomas Hammerberq bildirib ki, «Talışı sədo» qəzetinin baş redaktoru Novruzəli Məmmədova 10 il iş verilməsi onları çox qəzəbləndirib.


Hammerberq deyib ki, Azərbaycan hökumətinin neft pullarının artması hesabına müqavimətinin güclənməsi ilə AŞ–ın təsir imkanlarının zəifləməsi bir-birinə bağlı prosesdir. Amma o, bu qüvvələr nisbətindən hansının üstün olduğunu deməkdə çətinlik çəkib.


Hammerberq bildirib ki, Avropa Şurası ancaq əlində olan təsir imkanlarından istifadə edir, bundan başqa heç nə edə bilməz.


Komissar deyib ki, Ermənistan Avropa Şurasının hələ də üzv ölkələrə təsir imkanlarına malik olmasına maraqlı bir nümunədir.


Çünki apreldə Parlament Assambleyası demişdi ki, əgər Ermənistan seçkidən sonrakı vəziyyəti düzəltmək üçün tədbirlər görməsə, onun məsələsi müzakirə olunacaq. Və artıq yay sessiyasında Ermənistanın hətta səsvermə hüququndan məhrum edilməsi məsələsi müzakirə olunur:


«Bu da onu göstərir ki, Avropa Şurası ciddi tədbirlər görməyə hazırdır».


Tomas Hammerberq Bakıya seçkidən sonra gəlməyi planlaşdırır. Bu vaxta qədərsə o, Azərbaycanla bağlı ofisində işləyəcək.



Bu arada məlum olub ki, Venesiya Komissiyasının sədri Canni Bukikkio iyulun 14 -də Bakıya gəlir. O, seçki məsələsini müzakirə edəcək, prezident İlham Əliyevlə görüşməyə çalışacaq.

Canni Bukikkio: «Onlara deyəcəyəm ki, azad seçki keçirməyi istəmək lazımdır».


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG