Keçid linkləri

Təcili xəbərlər
2023, 03 Dekabr, bazar, Bakı vaxtı 06:15

Xristian-Baptist dini icmasının lideri həbs olunub


Şabanov Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilir
Şabanov Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilir

Zaqatalada Xristian-Baptist dini icmasının lideri Həmid Şabanov həbs edilib. Bu barədə «Azadlıq» radiosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov məlumat verib. O, deyib ki, Şabanov Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilir:


«Həmin adam qanunsuz silah saxlamaqda, qanunsuz dini təbliğat aparmaqda, qanunla qadağan olunmuş dini ədəbiyyat yaymaqda təqsirləndirilir».


Nazirlik rəsmisi deyib ki, polis iyunun 23-də Şabanovun Əliabad kəndindəki mənzilində axtarış aparıb. Axtarış zamanı 1 ədəd «Naqan» tipli tapança və xristian dininə aid qadağan olunmuş 37 ədəbiyyat aşkar edilərək götürülüb.


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən isə «Azadlıq» radiosuna bildirilib ki, baptistlər adlı dini icma Azərbaycanda 2002-ci ildə dövlət qeydiyyatından keçib. Ancaq icmaya yalnız Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərməyə icazə verilib.


Komitənin Mətbuat Xidmətinin əməkdaşı Yaqut Əliyeva bildirib ki, baptistlər Zaqatalada fəaliyyət göstərmək üçün heç bir müraciət etməyib.


Buna görə də Həmid Şabanovun rayondakı fəaliyyəti və icmaya liderlik etməsi qanunsuzdur.


XS
SM
MD
LG