Keçid linkləri

2025, 12 İyun, Cümə axşamı, Bakı vaxtı 16:46

Parlamentin iclaslarından biri Gəncədə keçirilə bilər


AXC parlamentinin 90 illiyi ilə bağlı bu yaxınlarda Milli Məclisin yubiley iclası keçirilib
AXC parlamentinin 90 illiyi ilə bağlı bu yaxınlarda Milli Məclisin yubiley iclası keçirilib

Milli Məclisin iclaslarından biri Gəncədə keçirilə bilər. Bu barədə deputatlara spiker Oqtay Əsədov məlumat verib. O, bildirib ki, bu iclas parlamentin 90 illiyi ilə bağlı tədbirlər çərçivəsində baş tutacaq. O.Əsədov Milli Məclisin Gəncədə dekabr ayına kimi toplaşacağını bildirib.


Müsavat deputat qrupundan olan Nəsib Nəsibli 1918-1920-ci illər parlamenti ilə bağlı Məclisdə guşə düzəldilməsini təklif edib.


Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti 1918-ci ilin dekabrında açılıb və Şərqin ilk qanunverici orqanı hesab edilir. Cümhuriyyət parlamentinin 90 illiyi ilə bağlı bu yaxınlarda Milli Məclisin yubiley iclası keçirilib.


XS
SM
MD
LG