Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:10

Azərbaycanla ABŞ demokratiya dialoquna hazırlaşır


ABŞ-Azərbaycan demokratiya dialoqu 2006-cı ilin dekabrından başlayıb
ABŞ-Azərbaycan demokratiya dialoqu 2006-cı ilin dekabrından başlayıb

Azərbaycan və Amerika demokratiya sahəsində yüksək səviyyəli dialoqa hazırlaşırlar.


Dialoq iyunun 27-də Bakıda keçiriləcək. Amerika tərəfindən danışıqları Dövlət katibinin demokratiya və insan hüquqları məsələləri üzrə müavini Devid Kremer aparacaq.


ABŞ səfirliyinin nümayəndəsi Conatan Henik «Azadlıq» radiosuna deyib ki, əsas diqqət seçkiöncəsi vəziyyətə və mətbuat azadlığına yönələcək:


«Demokratiya və iqtisadi islahatlar bizim Azərbaycanda əsas prioritetlərimizdən biridir. Amma bu sahədə müəyyən problemlər var. Ümid edirik ki, birbaşa dialoq bu problemləri həll etmək üçün bir təkan verə bilər».


Danışıqların gündəliyinə həmçinin Azərbaycanın insan haqları sahəsində öhdəliklərinin həyata keçirilməsində ABŞ-ın yardımları və başqa məsələlər daxildir.


ABŞ-Azərbaycan demokratiya dialoqu 2006-cı ilin dekabrından başlayıb. Həmin vaxtdan bugünədək üç dialoq aparılıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG